İlham Əliyev Pirşağı stansiyasının  açılışında iştirak edib - FOTO 
    
                         
     
                         19.11.2019
 
    
                        										Noyabrın 19-da "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.