İsrailə 4 raket  atıldı 
    
                         
     
                         19.11.2019
 
    
                        İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri Qolan yüksəkliklərindən buraxılan 4 raketi zərərsizləşdirib.
Bu barədə İsrail ordusu informasiya yayıb.
Bəzi məlumatlara görə, raketlər Suriya ərazisindən buraxılıb. Hücumdan bir qədər əvvəl Qolan yüksəkliklərindəki hava həyəcan siqnalının işə düşdüyü qeyd olunur.