01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkili: dərsliklərə qoyulan ƏDV çox yüksəkdir - VİDEO

15.11.2019

Ölkəmizdə gənclər arasında kitaba meyilliliyin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir, amma kitaba, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan ƏDV qonşu ölkələrlə müqayisədə çox yüksəkdir.
Xəbər verildiyi kimi, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələr zamanı deyib.
"Bu gün ən vacib məsələlərdən biri cəmiyyətdə kitab oxumağa meyilliliyin artırılması istiqamətində addımlar atmaqdır. Bəzi ölkələrdə ümumiyyətlə kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu, çox cüzi rəqəmlərlə ölçülür. Xahiş edirəm qarşıdan gələn 2020-ci ildə sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV azaldılsın, mümkün olduğu təqdirdə isə ləğv edilsin”, - millət vəkili bildirib.