Erməni idmançı  Moskvada güllələndi 
    
                          
     
                         14.11.2019
 
    
                        Məşhur erməni idmançı Aşot Bolyan Moskvada güllələnib.
Bu barədə Rusiya mətbuatı yazıb.
Məlumata görə, Bolyanın cəsədi evinin yaxınlığında aşkarlanıb. O, "İnfiniti” markalı avtomobilinin qarşısında güllələnib.
Xatırladaq ki, titullu erməni idmançı 2004-cü ildə Rusiyaya köçərək karyerasına son qoyub. Son zamanlar isə Ümumdünya Erməni Konqresinin İdman Departamentinə, Erməni İdman Federasiyalarının Ümumdünya Assosiasiyasına və Erməni Apostol kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının İdman Departamentinə rəhbərlik edib.