29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: "Məktubları Trampa qaytardım"

14.11.2019

"Məktubları bu gün Donald Trampa təqdim etdim. Fərhad Abdi Şahinin terrorçu olmasını təsdiqləyən sənədlər o məktublara daxildir”. 
ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən mətbaut konfransında ABŞ prezidentinin 9 oktyabrda ona göndərdiyi və Türkiyə siyası cəmiyyətində sərt reaksiya ilə qarşılanan hörmətsiz məktubu nəzərdə tutaraq bildirib. 
Rəcəb Tayyib Ərdoğan Məzlum Kobani kod adı ilə tanınan İnterpolun qırmızı bülletenlə axtarışında olan, 176 ölkənin terrorçu kimi tanıdığı Fərhad Abdi Şahinin ABŞ prezidenti tərəfindən qəbul edilməsini təəssüflə qarşılayıb: "Sizin Mazlum Kobani kimi tanıdığınız terrorçu Fərhad Abdi Şahin terrorbaşı Abdullah Öcalanın mənəvi övladıdır. Kürdlər başqa, terrorçular başqadır. Bizim kürdlərlə heç bir problemimiz yoxdur. Kürdlərin ən şox yaşadığı ölkə Türkiyədir".
Donald Tramp isə Fərhad Abdi Şahinlə bağlı jurnalistin sualını cavablandırarkən onu kürd olaraq təqdim edib və bu şəxsə münasibətin birmənalı olmadığını deyib.