29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyada azərbaycanlılar kütləvi HƏBS EDİLDİ - SİYAHI

14.11.2019

Almaniyada siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıb.
Bu barədə xaricdə yaşayan Həbib Müntəzir məlumat yayıb. Onun sözlərinə görə, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib.
"Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min avro müqabilində Azərbaycandan mühacir daşıyırlarmış”.
H.Müntəzir saxlanılanlardan 7 nəfərin adını açıqlayıb:
1) Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
2) İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
3) Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini
4) Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu
5) Əlövsət Əliyev - "Legat” İnteqrasiya Mərkəzinin sədri
6) Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuvied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü
7) Elşən Abdullayev - Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil.