ABŞ-ın məşhur prezidenti xəstəxanaya  düşdü 
    
                          
     
                         12.11.2019
 
    
                        ABŞ-ın keçmiş prezidenti, 95 yaşlı Cimmi Karter, bir müddət öncə yıxıldıqdan sonra kəllədaxili təzyiqin azaldılması prosedurunu keçmək üçün xəstəxanaya yerləşdirilib.
ABŞ-ın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
KİV-in yaydığı məlumata görə, bu barədə Karterin Prezident Mərkəzinin press-relizində bildirilib.
Ağ Evin keçmiş başçısı bu gecə (ABŞ vaxtı ilə bazar ertəsi) Emori Universitetinin nəzdindəki xəstəxanaya yerləşdirilib. Prosedur çərşənbə axşamı səhər həyata keçiriləcək.
Qeyd edək ki, Karter bundan öncə də çanaq sınığı ilə xəstəxanaya yerləşdirilmişdi.