03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda tikintidə bədbəxt hadisə - ölənlər var

12.11.2019

Bakı şəhər Xətai rayonu ərazisində yerləşən Ağ Şəhər yaşayış kompleksində bədbəxt hadisə baş verib.
Xəbər verildiyi kimi, tikinti ərazisində fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Cəmaləddin Mollayev çirkab su quyusunda qazdan boğulublar.
Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil erilib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (Əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və işin materialları Bakı şəhər Prokurorluğuna verilib. İstintaq tədbirləri şəhər prokurorluğunda davam etdiriləcək./publika/