29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ankaralılar bayrağımızı belə qorudu - GƏRGİN ANLAR + VİDEO

11.11.2019

Azərbaycanlı Gənclərin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyinin təşəbbüsü ilə Türkiyənin Paytaxtı Ankara şəhərində sosial eksperiment keçilib.
Ssenari üzrə Azərbaycan bayrağı ilə şəhərin mərkəzində gəzən gəncə türk vətəndaşı yaxınlaşaraq, bayraqla gəzməməsini söyləyir. Bu zaman ətrafda olan şəxslər Azərbaycan bayrağına irad bildirən vətəndaşa müdaxilə edib və Azərbaycan bayrağının türk bayrağı, Azərbaycanın da qardaş ölkə olduğunu bildirərək, bayraqla gəzməyinə haqq qazandırırlar.
Qeyd edək ki, sosial eksperimentin keçirilməsinin məqsədi türk soydaşlarımızın Azərbaycan bayrağına münasibəti və həssaslığını öyrənmək və ictimaiyyətə təqdim etmək olub.
Layihəni AGAH-ın departament rəhbəri Mövlud İşıq, təşkilatın katibliyinin əməkdaşları Xatirə Raufgil, Neman Həsənzadə və İsmayıl Abışov ərsəyə gətirib.