29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Şurasının Baş katibi Gürcüstana GƏLƏCƏK

09.11.2019

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç noyabrın 11-də Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, səfər  Avropa Şurası Nazirlər Komitəsinin  sədrliyinin yaxın vaxtlarda Gürcüstana ötürülməsi  ilə əlaqədar baş tutacaq.
Səfər çərçivəsində  Avropa Şurasının Gürcüstan üçün 2020-2023-cü illər üzrə Fəaliyyət Planının rəsmi təqdimatı keçiriləcək. 
Avropa Şurasının Baş katibinin Gürcüstan Prezidenti, Baş nazir, parlamentin sədri və Avropa Şurası Parlament Assambleyasındakı Gürcüstan nümayəndə heyətinin rəhbəri ilə görüşləri də planlaşdırılıb.