05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ konfliktini bu ölkə yaratdı - Qorbaçovun adamı

08.11.2019

Mixail Qorbaçov Dağlıq Qarabağda münaqişənin olmasını istəmirdi.
Bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi işləmiş fəlsəfə elmləri doktoru, professor İvan Fyodroviç Feklistov "Yeni Müsavat”a eksklüziv müsahibəsində deyib. O, Qarabağ münaqişəsi ilə bağlı maraqlı məqamlara toxunub:
"Qorbaçov tərəflərin sakitləşməsində maraqlı idi. Buna görə də Dağlıq Qarabağa Volskini (o zaman Dağlıq Qarabağ Muxtar Vilayətində ermənipərəst Arkadi Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi yaradılmışdı – red.) göndərdi. Volski tanınmış, çox mədəni insan idi. Volski, məncə, iki ilə yaxın orada fəaliyyət göstərdi, hər iki tərəfi sakitləşdirməyə çalışdı.
Düşünürəm ki, Qarabağ konfliktini ABŞ yaratdı. Amerikalılar SSRİ-ni dağıtmaq üçün belə bir alət tapdılar”.
F.Feklistov müsahibəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayıb:
"Qorbaçov bu məsələdə bir cür deyə, başqa cür düşünə, yaxud başqa variantlar üzrə hərəkət edə bilərdi. Mənə elə gəlir ki, bu gün bütün ümidlər Putinədir”.