08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nemət Pənahlıdan Paşinyana sərt sözlər

02.05.2018

Siyasətdə məni müxtəlif insanlarla müqayisə ediblər. Bir vaxtlar Türkiyə prezidenti Ərdoğanla eyniləşdirirdilər, indi də Nikol Paşinyanı ortaya atıblar.
Bu fikirləri Teleqraf.com-a Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.
O, heç vaxt Nikol Paşinyanı yaxından izləmədiyini bildirib:
"Heç vaxt onu müşahidə etməmişəm və tanımıram. Görünüş baxımından Paşinyanla mənim aramda heç bir oxşarlıq yoxdur. İndiyə qədər məni bənzətdikləri şəxslər içərisində əxlaqıma, inancıma, prinsiplərimə, dünyagörüşümə görə Ərdoğanla göstəricilərim üst-üstə düşür. Yalnız bu oxşarlıqda həqiqət var.
Ərdoğanın səsləndirdiyi şerlərin çoxunu mən illər əvvəl bilirəm. Onunla cəmi 1 dəfə görüşmüşəm. Bu, 1990-cı ildə olub. İstanbulda Rifah Partiyasının təşkil etdiyi mitinqdə çıxış etmişəm və ondan sonra ayaqüstü görüşümüşük”.
Nemət Pənahlı deyib ki, mitinqlərin aparılması baxımından da onunla Paşinyanın oxşarlığı yoxdur:
"Birincisi, kütləvi tədbirləri müqayisə etmək yanlışdır. Azərbaycandakı milli azadlıq hərəkatında milyonlarla, az qala Ermənistan əhalisi qədər insanımız iştirak edib. Özü də, aksiya gecə-gündüz və fasiləsiz olub.
Əslində o dövrdə biz birdə-birə küçələrə çıxmamışıq. Bundan xəbəri olmayanlar düşünürlər ki, birdən-birə milyonlarla insan küçələrə çıxıb. Bunu düşünənlər sadəcə olaraq milyonları meydanda görüb. Amma onun sıfırdan necə təşkil olunduğundan, Çənlibel Hərəkatından, 1985-1986-cı ildən bizim zavodda tətillər keçirməyimizdən bixəbərdirlər.
Azərbaycan xalqı 1988-1991-ci illərdə dünyanın bir nömrəli mübariz xalqı olub. Mən 26 yaşında bu prosesə rəhbərlik etmişəm”.
Nemət Pənahlı Ermənistanda baş verənləri Azərbaycandakı milli azadlıq hərəkatı ilə müqayisə edənlərə də etirazını bildirib:
"Yalnız kütləvilik məsələsində bir qədər oxşarlıq var. Üstəlik milli azadlıq hərəkatı ilə hakimiyyət uğrunda mübarizə tamam ayrı-ayrı mahiyyət daşıyır”.