08 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Messinin illik qazancı açıqlandı: Fantastik məbləğ

13.01.2018

"Barselona”nın hücumçusu Lionel Messi illik gəliri 100 milyon avrodan artıq olan ilk futbolçu olub.

 Bu barədə "Futbol Liks” informasiya yayıb.
Məlumata görə, Messi yeni müqaviləsinə əsasən futbol tarixində heç bir futbolçunun qazanmadığı qədər - 104 milyon avro qazanacaq. Vergilərin çıxılmasından sonra isə Messi 50 milyon avrodan bir qədər çox qazanır ki, bu da öz növbəsində dünya rekordu sayılır.

Qeyd edək ki, PSJ-nin braziliyalı futbolçusu Neymarın gəliri 36.8 milyon avro, "Şanxay Şenxua”da forma geyinən Karlos Tevezin illik gəliri isə 38 milyon avro təşkil edir (axar.az)