03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ronaldudan yeni REKORD

07.11.2019

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kristianu Ronaldu Çempionlar Liqasında daha bir rekorda şərik olub.
Portuqaliyalı hücumçu "Lokomotiv"lə Rusiya paytaxtı Moskvadakı matçda meydana çıxmaqla avrokuboklarda 174-cü oyununu keçirib.
Bununla da Ronaldu qitəmiqyaslı klub turnirlərində ən çox qarşılaşma keçirən sahə oyunçusu Paolo Maldiniyə çatıb. "Milan"ın sabiq müdafiəçisi də 174 avrokubok matçının iştirakçısı olub.
Matç sayında bu iki futbolçu yalnız qapıçı İker Kasilyasdan geri qalır. İspan qolkiperin hesabında 188 qarşılaşma var.
Qeyd edək ki, Ronaldu dörd klubun - "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus"un heyətində üç turnirdə oynayıb. O, Çempionlar Liqası, UEFA kuboku və UEFA Superkuboku həyəcanı yaşayıb.