03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan şahmatçılarından daha iki medal - FOTO

06.11.2019

Xəbər verdiyimiz kimi, 16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.
Xəbər verildiyi kimi, U-16 yığmamız 16 xalla Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.
Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasiminə milli geyimdə qatılıb. Komanda üzvlərinə və baş məşqçi Fərid Abbasova qızıl medal və çempion üçün hazırlanan kubok təqdim olunub. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim şahmatçılarımızı tarixi qələbə münasibətiylə təbrik edib. Ardınca şahmatçılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib.
omandamızın üzvü Aydın Süleymanlı fərdi nəticələrinə əsasən ikinci lövhədə ən çox xal toplamaqla qızıl, Əhməd Əhmədzadə isə üçüncü lövhədə gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da mötəbər yarışda komandamızı dəstəkləmək üçün Türkiyədə olub.