02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əsəd: “Ərdoğan oğru və yalançıdır”

06.11.2019

"Terrorçuların İdlibdən çıxarılması üçün siyasi həll işə yaramasa, hərbi varianta üstünlük verəcəyik”.
Xəbər verildiyi kimi, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Əsəd İdlibdə davam edən əməliyyatların Türkiyə ordusunun nəzarətində olan şimal bölgələrini də əhatə edəcəyini istisna etməyib:
"Siyasi addımlar nəticə verməsə, İdlibdə hazırda davam edən mərhələli əməliyyatlar Suriyanın şimalında da aparıla bilər. Siyasi həllin nəticə verməsini gözləyiri. Bu, baş verməsə hərbi varianta üz tutacağıq, çünki başqa seçimimiz yoxdur”.
Suriya başçısı silahlı kürd qruplaşmaları və Rusiya arasında əldə edilmiş anlaşmaya da diqqət çəkib: "Bu anlaşma Suriya ordusunun şimal-şərq bölgələrinə girməsi üçün əldə edilib. Ərazi bütövlüyümüzü qorumaq ən təbii haqqımızdır. İdlibdə Suriya ordusuna qarşı döyüşən qruplaşmaların hər biri türk ordusunun bir hissəsidir”.
Bəşər Əsəd çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "yalançı” da adlandırıb: "Ərdoğan Suriya məsələsində məntiqsiz qərarlar verir və hər kəsə yalan danışır”.
Əsəd bir neçə gün əvvəl İdlibə səfəri çərçivəsində Ərdoğanı "oğru” adlandırmışdı: "Ərdoğan oğrudur. Suriyadakı fabriklər, buğda və neft oğurlandı, bu gün də Suriya torpaqlarını talan edirlər”