Tramp Suriya planını  təsdiqlədi 
    
                          
     
                         06.11.2019
 
    
                        ABŞ Prezidenti Donald Tramp Suriyanın şərqindəki neft yataqlarını qorumaq məqsədi daşıyan planı təsdiqləyib.
Plana əsasən, hazırda Suriya kürdlərinin nəzarətində olan ərazilərin böyük hissəsini ABŞ qoruyacaq.
Planda həmçinin Suriyada ən azı 800 hərbi qulluqçunun saxlanılması nəzərdə tutulur. Bunlardan 200 nəfəri Suriyanın cənubundakı Ət-Tanf bazasında yerləşdiriləcək.