01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan şahmat tarixində daha bir ilk

05.11.2019

Bir neçə müddət əvvəl yeniyetmələr arasında dünya çempionu olan qrossmeyster Aydın Süleymanlı daha bir uğura imza atıb.
Xəbər verildiyi kimi, ilk dəfə olaraq Azərbaycan şahmatçıları yeniyetmələrin Şahmat Olimpiadasında qızıl medallara sahib olublar. Qələbə xalını isə Aydın Süleymanlı komandanın aktivinə yazdırıb.
Aydın Olimpiadada 9 oyundan 7 xal toplayıb və 5 qələbə xalı qazanıb.
Olimpiadanın son turunda Çin komandasına 2,5-1,5 hesabı ilə qalib gələn Azərbaycan komandasının heyətində İM Məhəmməd Muradlı, İM Aydın Süleymanlı, İM Əhməd Əhmədzadə, FM Vüqar Manafov, WFM Gövhər Beydullayeva yer alıb. Komandanın kapitanı və məşqçisi GM Fərid Abbasovdur.