Bu ölkədə doğulanlara  vətəndaşlıq veriləcək - SƏRƏNCAM 
    
                          
     
                         05.11.2019
 
    
                        Latviya Prezidenti Eqils Levits ölkədə doğulan uşaqlara avtomatik olaraq ölkə vətəndaşlığının verilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, vətəndaşlıq uşaqlara yalnız valideynlərinin icazəsi əsasında təqdim ediləcək.
Qeyd edək ki, Latviya Seymi bu qərarı 17 oktyabrda qəbul etmişdi.
Hazırda Latviyada 1,9 milyon nəfər yaşayır. Onların 40%-ni rusdillilər təşkil edir.