03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq artistinin səhhətindən xəbər

05.11.2019

Xalq artisti Yalçın Rzazadənin müalicəsi Türkiyədə davam etdirilir.
Xəbər verldiyi kimi, bu sözləri Y.Rzazadənin oğlu Mətin Rzazadə deyib. O, xalq artistinin gələn il ölkəyə qayıda biləcəyini söyləyib:
"Əvvəlkinə baxanda vəziyyəti xeyli düzəlib. Həkimlər göndərmişdilər ki, 3-4 həftə istirahət etsin. Bir aya yaxın Bakıda oldu, sonra da müalicəsinin davamı üçün yenidən Türkiyəyə getdi. Ölkəyə nə vaxt qayıdacağı dəqiq bilinmir. Ola bilsin, yanvar ayından sonra qayıtsın”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, xalq artisti Yalçın Rzazadənin müalicəsini Fond nəzarətə götürüb. Bu ilin iyulun 15-də Y.Rzazadə Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılaraq əməliyyat olunub.
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.