09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Namizədlər and içib

02.05.2018

İxtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər vəkilliyə namizədin andiçmə mərasimi keçirilib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbirdə vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar barədə məlumat verib. O bildirib ki, ölkədə ilk dəfə vəkillərin sayı 1000 nəfəri ötüb.
Mərasimdə bəkilliyə qəbul edilən şəxslərə yeni vəsiqələr də təqdim olunub.
Daha sonra peşəyə buraxılan 90 nəfər vəkilliyə namizəd qanunvericilklə nəzərdə tutulmuş qaydada vəkil andı içib, onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.
A.Bağırov qeyd edib ki, indiyə qədər vəkillərin vəsiqələri qırmızı kitabça formasında idi. Yeni vəsiqələr beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. Yeni vəsiqələrdə Azərbaycan dili ilə bərabər, ingilis dilində də məlumatlar olacaq.