Çin-ABŞ razılığı vəziyyəti stabilləşdirəcək -  Rusiya 
    
                          
     
                         02.11.2019
 
    
                        Çinlə ABŞ-ın ticarət razılaşması yaxın zamanlar üçün dünya iqtisadiyyatında situasiyanı stabilləşdirəcək.
Bunu Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin deyib.
"Məncə, qısamüddətli tarixdən bəhs etsək, razılaşmanın əldə etməsini alqışlamalıyıq. O, ümumi situasiyanı stabilləşdirəcək. İstənilən halda dünya ticarəti, dünya iqtisadiyyatına artıq ziyan vurulub, ona görə də bütün iqtisadi agentliklərin gözləntiləri sırasında mümkün neqativ ssenarilər yer alıb”, - deyə o bildirib.