Bakıya uçan təyyarə  təcili eniş etdi 
    
                          
     
                         02.11.2019
 
    
                        Moskva-Bakı reysini həyata keçirən təyyarə Rusiyanın paytaxtındakı ehtiyat aerodromda eniş edib. 
Buna səbəb təyyarənin qabaq şüşəsində yaranmış nasazlıq olub. İnsident noyabrın 1-də baş verib. 
Hava gəmisi "Azərbaycan Hava Yolları”na aid olub. 
AZAL-dan məlumatı təsdiqləyiblər. Şirkətdən saytımıza verilən açıqlamada bildirilib ki, insidentdən sonra Bakıdan Moskvaya əlavə təyyarə göndərilib və həmin hava gəmisi sərnişinləri Bakıya çatdırıb.