29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zərifdən ABŞ-ın yeni sanksiyalarına MÜNASİBƏT

02.11.2019

"İnşaat işçilərini iqtisadi terrorizmə məruz qoymaq yalnız "maksimum təzyiq"in maksimum uğursuzluğunu göstərir".
Bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter"də qeyd edib.
"ABŞ kişiyə, qadına və uşağa sanksiya tətbiq edə bilər, amma iranlılar heç vaxt zorakılıqlara tabe olmur. Daha dərinə getmək əvəzinə ABŞ uğursuz siyasətindən imtina etməli və Hərtərəfli Birgə Fəaliyyət Planına qayıtmalıdır", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, yeni sanksiyalar birbaşa və ya dolayı yolla İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan tikinti sektoru və İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqədar istifadə olunan dörd strateji materiala aid edilib.