02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətə başladı

01.11.2019

Bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, İsrailin dünyadakı digər səfirlikləri kimi, Azərbaycandakı səfirliyi də bu gündən fəaliyyətini bərpa edib.
Qeyd olunub ki, İsrail Xarici İşlər və Maliyyə nazirlikləri arasında müzakirələr davam edəcək.
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi də daxil olmaqla, dünyadakı digər səfirlikləri bir neçə gün əvvəl tətil elan ediblər. Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən səfirliklər müvəqqəti bağlanılıb. Hazırda İsrailin dünyanın 69 ölkəsində səfirliyi, 23 konsulluğu və beş xüsusi nümayəndəliyi var. İsrail hökuməti Xarici İşlər Nazirliyinin büdcəsini azaldaraq onlar üçün ildə təxminən 367 milyon dollar ayrılması barədə qərar qəbul edib.