03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pişik sahibini yanğından xilas etdi

01.11.2019

ABŞ-ın Nyu-York ştatında pişik mənzildə baş verən yanğın zamanı yatan ev sahibini oyandıraraq həyatını xilas edib.
Belə ki, Daniel Şafer beş il əvvəl küçədən götürüb saxladığı pişiyin yanğın zamanı onun üstünə atılaraq oyatdığını söyləyib. Qadın yuxudan oyanarkən mənzilin tüstü ilə dolduğunu və divarların alov aldığını görüb.
Şafer özünü mənzildən çölə ata bilsə də, pişik yoxa çıxıb. Yanğın söndürüldükdən sonra Kitti adlı pişik mənzildən boğulmuş halda tapılıb və müalicə üçün baytara aparılıb.
Qeyd edək ki, yanğın ümumilikdə doqquz mənzilə zərər verib.