02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azəriqaz” rəhbəri vəzifədən azad edildi

01.11.2019

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.
Etibarlı mənbədən verilən məlumata görə, bununla bağlı artıq müvafiq sərəncam da imzalanıb. İddiaya görə, "Azəriqaz” İB-də hər kəs bu barədə məlumatlandırılıb.
Məsələ ilə bağlı açıqlama verən "Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bu barədə onda hər hansı rəsmi məlumat olmadığını bildirib.
APA isə "Azəriqaz"ın məlumatı təsdiqlədiyini və baş direktor vəzifəsinə İB-nin baş direktorunun müavini Ruslan Əliyevin təyin olunduğunu yazıb.