05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov Ermənistanın müdafiə nazirini tənqid etdi

31.10.2019

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində həbsdə olanların dəyişdirilməsi sahəsindəki vəziyyət Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılılıqlı səfərləri ilə müqayisədə optimist deyil. Lakin biz bu istiqamətdə hərəkət etməliyik.
Xəbər verildiyi kimi, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Qremingerle görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, Ermənistanın Müdafiə naziri David Tonoyanın "Qarabağ məsələsi həll olunub” açıqlamasına da münasibət bildirib.
S.Lavrov qeyd edib ki, münaqişə tərəflərinin səsləndirdiyi fikirlər konfliktin həllinə kömək etmir.
"Noyabrın ilk on günlüyündə ATƏT-in Daimi Şurasında həmsədrlərin çıxışı zamanı daha müsbət atmosfer yaratmaq üçün bu vəziyyətdən istifadə etməyə çalışmaq vacibdir. İndi əsas məsələ budur. Amma Qarabağ probleminin bu şəkildə (Tonoyanı nəzərdə tutur - red.) həll edilə biləcəyini söyləyən ifadələr məsələyə kömək etmir”.
Xatırladaq ki, bir neçə gün öncə D.Tonoyan jurnalistin "Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?” sualına pafosla və məntiqsiz cavab verib.
"Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”, - o qeyd edib.