05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qatarda dəhşətli partlayış: onlarla ölən, xeyli sayda yaralı var +FOTO/VİDEO

31.10.2019

Pakistanda sərnişin qatarındakı partlayışdan sonra baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.
Bu barədə RİA "Novosti" informasiya yayıb.
Pakistan Dəmiryolları naziri Şeyx Rəşid Əhməd Karaçidən Ravalpindiyə gedən qatardakı partlayışın səbəbinin sərnişinlərin yanlarında apardıqları düşərgə üçün nəzərdə tutulan qaz balonundan istifadə etməsi olduğunu açıqlayıb.
Ölənlərin əksəriyyəti partlayış və daha sonra baş verən yanğın əsnasında təşvişə düşərək özünü qatardan atanlardır.
Pakistan ordusu həkimlərini bölgəyə ezam edib. Ordu vəziyyəti ağır olan yaralıları başqa xəstəxanalara aparmaq üçün helikopter də göndərəcəyini bildirib.