04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir Bəxtiyarovu vəzifəsindən AZAD ETDİ

30.10.2019

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Report-un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
Qeyd edək ki, nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.