25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tramp: İŞİD-in yeni lideri də öldürüldü

29.10.2019

ABŞ Prezidenti Donald Tramp İŞİD lideri Əbubəkr Bağdadinin yerinə keçəcək şəxsin də zərərsizləşdirildiyini açıqlayıb.
Bu barədə Tramp Tvitter hesabında yazıb.
"Bağdadinin yerinə keçəcəyi ehtimal olunan bir nömrəli şəxs ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirildi. Böyük ehtimalla qruplaşmanın yeni lideri olacaqdı. Artıq o da öldü”, - Tramp bildirib.
Qeyd edək ki, ötən həftə sonu ABŞ xüsusi təyinatlılarının Türkiyə-Suriya sərhdi yaxınlığındakı Barişa kəndində həyata keçirdikləri əməliyyat nəticəsində öldürülüb. Bağdadinin öldürülməsindən sonra İŞİD terror qruplaşması Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşı yeni lider seçmişdi.