08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir pul tapan məktəblini mükakafatlandırdı - FOTO

01.05.2018

Təhsil naziri Ceyhun Bayramov 5 min manatlıq pul kisəsini taparaq sahibinə qaytaran Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təltif edib.
"Dövran Media" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb.
Nazir örnək davranışına görə İ. Abbasovu Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə mükafatlandırıb, ona planşet və kitablar hədiyyə edilib.