03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanın Atatürkün xatirə dəftərinə yazdığı SÖZLƏR

29.10.2019

Prezident Rəcəb Tayyib Ərdoğan 29 Oktyabr Cümhuriyyət Günündə onu müşayiət edən dövlət rəsmiləri ilə birlikdə Anıtqəbri ziyarət edib.
 Prezident Ərdoğanı ziyarət zamanı TBMM sədri Mustafa Şəntop, vitse-prezident Fuad Oqtay, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ Partiya lideri Maral Akşənər, Prezidentin kabinet üzvləri, yüksək məhkəmə orqanlarının nümayəndələri, siyasi partiya təmsilçiləri, Baş qərargah rəisi general Yaşar Gülər və başqa hərbçilər müşayiət edib.
Heyət Aslanlı Yolundan keçərək Atatürk məqbərəsinə gəlib. Ərdoğan Atatürkün məqbərəsinə ay-ulduzlu çələng qoyandan sonra bir dəqiqə sükut elan edilib, sonra isə İstiqlal Marşı oxunub.
Ərdoğan xatirə dəftərinə bu sözləri yazıb:
"Əziz Atatürk! Bu gün bir millət olaraq Cümhuriyyətimizin 96-cı ildönümünü böyük bir həyəcanla qeyd edirik. Bu gün Zat-Alinizi və İstiqlal savaşının bütün qəhrəmanlarını, vətənimiz üçün canlarını vermiş müqəddəs şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimizi bildiririk.
Müstəqilliyimizə və milli mövcudluğumuza hücumların artdığı bir vaxtda Qurtuluş savaşımızı qələbəyə aparan müqavimət ruhu ilə ölkədə və xaricdə mübarizəmizi uğurla davam etdiririk.
9 oktyabrda başladığımız və qısa müddətdə çox ciddi müvəffəqiyyət əldə etdiyimiz "Barış pınarı” hərəkatıyla Suriya sərhədimiz boyunca qurmaq istədikləri terror dəhlizini dağıdaraq qətiyyətimizi bir daha bütün dünyaya göstərdik. Ruhunuz şad olsun”.