04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

PKK-ya verilən vaxt başa çatır: Mövqeləri tərk etməsələr...

29.10.2019

Türkiyə ilə Rusiya arasında Soçidə əldə olunan razılığa əsasən terrorçuların Eyn əl-Ərəb, Menbiç, Tel Rıfat və Hasekədən çıxmaq üçün yerli vaxtla 18:00-a qədər vaxtı qalıb.
Axar.az xəbər verir ki, türk hərbi ekspertləri verilən vaxtın başa çatmasından sonra bölgədə terrorçuların qalacağı halda Ankaranın cavabının sərt olacağını bildirib.
"PKK-PYD-nin geri çəkilməkdən başqa çarəsi yoxdur. "Sülh çeşməsi” əməliyyatında məğlub oldu. Qruplaşmanın burada qalmaq imkanı yoxdur. Bundan sonra aşağılarda köçəri kimi hərəkət etməyə məcbur olacaqlar. Suriyanın cənubunda rahat durub-durmayacaqlarını zaman göstərəcək. Ancaq Türkiyə orada da təzyiq göstərməyə davam edəcək. Bu saatdan sonra günah bizdən gedib. Mövqeləri tərk etməsələr, nəticələrini ən ağır şəkildə ödəyərlər”, - politoloq Əhməd Uysal bildirib.