Politoloqlar Rusiya telekanalında əlbəyaxa oldu  - VİDEO 
    
                          
     
                         29.10.2019
 
    
                        										Ukraynalı politoloqlar Aleksandr Semçenkov və Vasil Vakarov Rusiya telekanallarından birində yayımlanan Vladimir Solovyovun aparıcısı olduğu verilişin qonağı olublar.
Life.ru xəbər verir ki, veriliş zamanı siyasətçilər arasında mübahisə düşüb.
Reklam fasiləsi zamanı isə mübahisə davaya çevrilib. Semçenkovun Vakarovu qalstukundan tutması ikincini qəzəbləndirib və Vakarov rəqibinə yumruq vurub.
Studiyaya dərhal mühafizəçilər çağırılıb.