03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkilinin gülüş doğuran çıxışı yenidən paylaşılıb -VİDEO

29.10.2019

Millət vəkili Xahhüseyn Kazımlının Milli Məclisin komitə iclasındakı çıxışı yenidən paylaşılıb və sosial şəbəkələrdə ciddi müzakirə və gülüş obyektinə çevrilib.
Məsələ ilə bağlı Axar.az-a danışan Xanhüseyin Kazımlı belə bir çıxışı olmadığını iddia edib. Millət vəkili ümumiyyətlə yayılan videoda özünün olduğunu belə inkar edib:
"Mənim çıxışım olmayıb axı, yalan-yalan yazırlar. Yəqin səhv salmısınız”.
X.Kazımlı sözügedən video ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.
Qeyd edək ki, bu il mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihəsi müzakirə edilib. İclasda komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Aydın Hüseynov çıxış edərək 2018-ci ilin büdcəsinin icra göstəricilərindən danışıblar.
Xanhüseyn Kazımlının bu çıxışı da 5 ay öncə Yutub sosial şəbəkəsinə yerləşdirilmişdi. Ancaq maraqlıdır ki, bu gün sözügedən video şəbəkədən silinib, əvəzində isə ötən gün yenidən yüklənən videolar paylaşılmaqdadır.