ABŞ dünya neftinin 3/1-nə sanksiya  tətbiq edib 
    
                          
     
                         29.10.2019
 
    
                        ABŞ dünyanın neft ehtiyatlarının üçdə birinə sanksiya qoyub.
Bunu "RİA Novosti” agentliyinə açıqlamasında rusiyalı iqtisadçı Olqa Lebedinski deyib.
"Dünyanın neft ehtiyatları 1,66 trilyon barreldir. Bunun 298,4 milyardı Venesuelanın, 157,8 milyardı İranın, 80 milyardı Rusiyanın payına düşür. Əgər bunları toplasaq, o zaman onların payı neft ehtiyatlarına görə liderlik edən 30 ölkənin 51%-ni, ümumdünya ehtiyatlarının isə 33%-ni təşkil edir”, – deyə o bildirib.