07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

3 rayonda qaz olmayacaq

29.10.2019

Oktyabrın 29-da Zaqatala rayonu, Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək.
Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.