08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jirinovski: İrəvan quberniya olmalıdır

01.05.2018

Ermənisanda baş verənlər dövlət çevrilişidir və bunun başqa adı yoxdur. 
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.
Onun fikrincə, hakimiyyət "heç yerdə hədiyyə deyil” və Ermənistanda hökm sürən korrupsiya və kasıblığa baxmayaraq bu cür radikal addımlar atmaq gərək deyildi.
"İndiki rəhbərliyi devirən ermənilər ondan daha betər hakimiyyət alacaqlar”- Jirinovski özünün Teleqram səhifəsində yazıb.
LDPR lideri bir daha ənənəvi mövqeyinə qayıdaraq bildirib ki, MDB ölkələrini "daxili çaxnaşmalardan, qan axıdılmasından” ancaq Rusiya xilas edə bilər. Amma bir şərtlə-gərək həmin ölkələr "ata evinə geri qayıtsınlar”. Jirinovskinin mövqeyinə görə, Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır.