Vəliəhd Bağdadinin ölümü ilə əlaqədar Trampa zəng etdi 
    
                          
     
                         29.10.2019
 
    
                        Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı İŞİD lideri Əbubəkr Bağdadinin öldürülməsiylə əlaqədar təbrik edib.
Bu məlumatı Ağ Evin mətbuat xidməti yayıb. Tərəflər arasında baş tutan telefon danışığı zamanı həmçinin regional və ikitərəfli məsələlər də müzakirə edilib.
Qeyd edək ki, bundan öncə Tramp Bağdadinin öldürüldüyünü elan edib. O, bu işdə onlara Türkiyə, İraq və kürd qruplaşmalarının yardım etdiyini bildirib.