07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu: Terrorçuların pul qarşılığında azad edildiyini bilirik

28.10.2019

"YPG-nin İŞİD terrorçularını pul qarşılığında azad etməsinə dair xəbərlər alırıq".
Bunu Türkiyə Xarici İşlər naziri  Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, bu məsələ Türkiyə tərəfinin nəzarəti altındadır.
Nazirin sözlərinə görə, ABŞ tərəfindən YPG terrorçularının bölgəni tərk etmələri barədə yazılı məlumat verilib: "ABŞ-la apardığımız müzakirələrdə də bunu dedik. Bölgəni tərk etməyənlər olacaqsa, onları zərərsizləşdirəcəyik. Hərəkata fasilə verməyimiz, bölgədə qalan terrorçulara heç nə etməyəcəyimiz anlamına gəlməməlidir”.
Nazir deyib ki, Soçi razılaşmasına əsasən, terrorçuların Suriyanın şimalından geri çəkilməsini araşdırmaq üçün Rusiyadan hərbi heyət gələcək.