08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan analitik şərh: "Bu addımla Ermənistan Qarabağı itirəcək"

01.05.2018

 "Dövran Media” "Voyennoe Obozreniye” qəzetinə istinadən "Rusiya üçün Ermənistanın itirilməsi nə deməkdir” başlıqlı analitik yazını sizə təqdim edir:
Ermənistanda baş vermiş son hadisələr diqqət cəlb etməyə bilməz. Bu günlərdə İrəvandanda baş vermiş çevriliş 4 il əvvəlki Maydan hadisələrini çox xatırladır, çünki etirazcıların əsas şüarı az qala Rusiya ilə bağlı olub. Hərçənd ki, konkret heç nə təklif edilməyib, fakt bu cür bəyanatlar hadisələrin təşəbbüskarının kim olduğunu göstərir. Aydındır ki, Ukraynadan fərqli olaraq, Ermənistan Avrasiya İqtisadi Birliyinin və
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibinə daxildir. Bundan başqa, ölkədə Rusiyanın hərbi bazası yerləşdirilib. Moskvanın belə müttəfiqləri hec də çox deyil. Lakin ölkəmiz də Ermənistan üçün böyük rol oynayır. Rusiya İrəvanın əsas ticarət tərəfdaşıdır. Bütün erməni ixracının təxminən 80% Rusiya bazarına yönəldilib. Bundan başqa, məhz biz Ermənistanın enerji təhlükəsizliyini təmin edirik. Bununla
bərabər Qarabağ Münaqişəsini də unutmaq olmaz: Moskvanın dəstəyini itirmək riski İrəvan ücün bu regiondan məhrum olmaq deməkdir.