07 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni nazir Çavuşoğlunun bəyanatından təşvişə düşüb

28.10.2019

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıda işğalçı Ermənistanın regionda sülhə və sabitliyə təhlükə törətməsi ilə bağlı verdiyi bəyanat Ermənistan rəsmilərini təşvişə salıb. Azərtac erməni KİV-nə istinadla xəbər verir ki, erməni parlamentində çıxış edən bu ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan Türkiyə rəsmilərinin ritorikasını Ermənistanın təhlükəsizliyinə təhlükə adlandırıb.
Rəsmi Ankaranın növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana dəstəyini ifadə etdiyini diqqətə çatdıran Mnatsakanyan deyib ki, Mövlud Çavuşoğlunun "Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik” sözləri Ermənistanın təhlükəsizliyinə təhlükədir və ermənilər üçün ciddi problemdir. Erməni nazir əlavə edib ki, Türkiyə xarici siyasət idarəsinin rəhbərinin PKK terror təşkilatının tərkibində erməni terrorçuların da olması barədə bəyanatı da Yerevanda ciddi narahatlığa səbəb olub.
Qeyd edək ki, erməni nazirin BBC telekanalının "HardTalk” proqramında məşhur aparıcı Stiven Sakurun Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribatçı bəyanatları barədə suallarını cavablandırmaqda aciz qalması işğalçı ölkədə ciddi mübahisələrə səbəb olub. Bir çoxları onu qeyri-peşəkarlıqda və jurnalistin "təxribatçı” (əslində, ədalətli və obyektiv: AZƏRTAC) sualları qarşısında çarəsiz qalmaqda günahlandırıb. Xüsusən, Mnatsakanyan britaniyalı jurnalistin "Ermənistanın yeni hökuməti erməni qoşunlarının Qarabağda törətdikləri vəhşilikləri etiraf edə bilərmi?” sualına cavab verə bilməyib və eyni sözləri təkrar etməklə vəziyyətdən çıxmağa çalışıb.