08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda dünyanın ən dəhşətli metro faciəsi - VİDEO

28.10.2019

Bu gün itkilərinin sayına görə (289 nəfər həlak olub, 270 nəfər xəsarət alıb) dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsindən 24 il ötür.
Hadisə 1995-ci ilin 28 oktyabrında baş verib. Həmin gün saat 17.50-də "Ulduz” metrostansiyasından "Nərimanov” stansiyasına doğru hərəkət edən metro qatarında qəfil yanğın başlayıb.
Bu faciədə, rəsmi məlumata görə, 289 nəfər həlak olub, 270 nəfər isə yaralanıb. Faciənin böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Qəzaya əsas səbəb kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı və maşinistin səhv qərar verməsi göstərilib. Bu qəza Ginnesin Rekordlar Kitabının ən dəhşətli metro faciələri siyahısına düşüb.
Hadisə yerində sərnişinlər arasında xüsusi fədakarlıq göstərənlər, öz köməyini təklif edənlər az olmayıb. Onlar arasında hərbi geyimli bir neçə yeniyetmə daha çox fərqlənib. O yeniyetmələrdən biri də 17 yaşlı Samir Məmmədov olub.
Samir, onun iki kursant yoldaşı və zabit Çingiz Babayev ümumilikdə 150-dən çox insanı xilas edib, amma...
Hadisədən bir müddət sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə, ölümlərindən sonra, Çingiz Babayev Milli Qəhrəman adı, kursantlar Nicat Mürvət oğlu Səfərov, Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə” medalı ilə təltif olunublar.
Hadisəni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılıb. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Samirin ailə üzvlərinin Axar.az-a danışdıqları xatirələri təqdim edirik: