08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Consonun elçisi Azərbaycandadır

28.10.2019

Böyük Britaniyanın Baş naziri Boris Consonun Ticarət elçisi Baronesa Nikolson Azərbaycana gəlib. 
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 
Ticarət elçisi Böyük Britaniya ilə Azərbaycan arasında yüksək səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.
Açılış mərasimlərini Böyük Britaniya hökuməti maliyyələşdirir. Tədbirlər Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilir.
Ticarət elçisi Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək.
O, qadınların səlahiyyətləri, məişət zorakılığı və digər gender və uşaqların qorunması mövzularında danışacaq.
Səfərdən öncə Baronessa deyib ki, Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir:
"2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam. İşgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm.
Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm”.