03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və ABŞ Müdafiə nazirləri görüşüb

28.10.2019

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində Brüssel şəhərində keçirilmiş toplantısı çərçivəsində ABŞ tərəfinin təşəbbüsü ilə ABŞ Müdafiə naziri Mark Esper ilə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, tərəflər Azərbaycan ilə ABŞ arasında ikitərəfli və NATO çərçivəsində hərbi əlaqələrin inkişaf perspektivlərini, o cümlədən hərbi, hərbi-texniki, hərbi təhsil və  hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, eləcə də regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin sülhməramlılarımızın NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı barədə ətraflı fikir mübadiləsi aparılıb.