28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qızını erkən nikaha məcbur edən azərbaycanlı tutuldu

27.10.2019

Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb.
Report xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan Saqareco rayonunun Yormuğanlı kənd sakini 1975-ci il təvəllüdlü M.M. adlı şəxs 2002-ci il təvəllüdlü qızına psixoloji təzyiq göstərməklə onu erkən nikaha vadar edib.
Qızın atasını 2 ildən 4 ilədək həbs cəzası gözləyir.
Yeniyetmə sığınacağa yerləşdirilib. Onun sağlamlığına təhlükənin olmadığı bildirilir.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.