28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kim Çenin müavini Bakıda ABŞ-a mesaj verdi

26.10.2019

Azərbaycan Respublikasına bizə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edirik.
Bunu QH-nın sammitində çıxışı zamanı Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin (parlamentin spikeri) sədri Çoe Ryonq Hae bildirib.
O deyib ki, QH imperalizmə qarşı güclü bir alətdir və bu günə qədər geniş fəaliyyət aparıb:
"Soyuq müharibə” zamanı yaradılan bizim təşkilatımız inkişafı təşviq edir. Hazırkı beynəlxalq vəziyyət də "Soyuq müharibə”nin ilk illərindəki vəziyyətə bənzəyir. Şərqlə Qərbin qarşıdurması gedir. Bu baxımdan Koreya yarımadası da istisna deyil. Biz istəyirik ki, yarımadadan barıt qoxusu çəkilsin. 12 iyun tarixində KXDR-lə ABŞ arasında keçirilən görüşdən sonra danışıqlar yenə də dayanıb. Əfsuslar olsun ki, yarımadada gərginlik artmaqda davam edir. Bu da ABŞ-ın köhnəlmiş anaxronist siyasəti ilə əlaqədardır. Birləşmiş Ştatlar öz hesablama üsullarında əl çəkməli, yeni yanaşma üsulları tətbiq etməlidir. Ancaq biz bu gün düşmən yanaşmasından əl çəkilməsini müşahidə edə bilmirik. Ötən müddət ərzində Şimali Koreyanın çoxsaylı təşəbbüsləri cavabsız qaldı. Bizim tərəfdaşlarımız da bundan məyus oldular. Ölkəmizin əhalisinə qarşı olan bu addımların səngiməsini görə bilmirik. Hesab edirik ki, Koreya yarımadasında sülhün bərqərar olması Cənubi Koreya rəhbərliyindən asılıdır. Biz müharibənin baş verməsini istəmirik. Ancaq QH da sülhün qorunması istiqamətində səylər göstərməlidir. Hərəkat üzvləri eyni mövqedən çıxış etməli, təcavüzü pisləməli, yekdil olmalıdırlar. KXDR bu zirvə görüşünü vacib hadisə hesab edir və hərbi təcavüzün bütün formalarına qarşı mübarizə aparılmasını vacib hesab edir. Bizim ali rəhbərimiz Kim Çen In yoldaşın göstərişinə uyğun olaraq biz öz müstəqil siyasətimizdən əl çəkməyəcəyik. Bəzi ölkələrin hegemon, imperialist mövqedən çıxış etməsi bizi bizi yolumuzdan döndərə bilməyəcək”.
KXDR parlamentinin spikeri bildirib ki, QH sözün əsl mənasında beynəlxalq ədalət siyasətinin qurulmasına, avtoritarizm və birtərəfliliyin aradan qaldırılmasına təkan verməlidir:
"Bu gün dünyada suverenlik, dövlətlərin ərazi bütövlüyü prinsipi alt-üst olub, dövlətlərin daxili işlərinə qarışma adi hala çevrilib. Böyük güclər bu prinsiplərə niyə hörmətlə yanaşmır? Axı bu prinsiplər BMT-nin nizamnaməsində əks olunub. Bu prinsiplər bütün dövlətlər üçün vacib hesab edirilməlidir axı... Şimal Koreya bunlara qarşıdır və yoldaş Kim Çen İn öz mübarizəsi ilə bu planların qarşısında dayanıb. Biz bundan sonra da hegemonluğa can atanların qarşısını alacağıq. Biz ikili standartlara, birtərəfli ədalətə qarşı mübarizə aparırıq, həmçinin, iqtisadiyyatımnızı qoruyururuq. Kim Çen İn inanır ki, QH-nın üzv olan dövlətlər həmrəy olacaq və birgə səylər əsasında fəaliyyət göstərəcəklər. Bu prinsiplərə hörmətlə yanaşan ölkələr imperializmə və hegemonluğa can atan ölkələrə qarşı olmalıdırlar. Hərəkatımızın gücləndirilməsi də çox vacibdir. İmperializm cəhdləri bizi daha da gücləndirir, sosializmin əsasını möhkəmləndirir. Bizim müqavimət qabiliyyətli iqtisadiyyat qurulması üçün tam gücümüz var, biz həmçinin öz təcrübəmizi digər ölkələrlə bölüşməyə hazırıq. Yekunda demək istəyirəm ki, xalqımız bütün manələri darmadağın edəcək və Şimali Koreyanı güclü və çiçəklənən ölkə edəcəkdir”.