09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hazırlaşın: Ermənilər təxribat törədəcək - MM

01.05.2018

Hesab edirəm ki, Ermənistandakı siyasi qüvvələr daxili məsələlərlə bağlı atəşkəsi poza bilər. Ona görə də Milli Məclisin xüsusi iclasını çağırmalıyıq
"Dövran Media" xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, hazırkı durumda Azərbaycan Ordusu torpaqları azad etməyə hər an hazır olmalıdır.
"Bəzən tarixi məqamda qəbul etdiyi qərar ölkənin taleyini həll edir. Biz Ermənistandakı siyasi prosesləri ciddi izləməliyik. Mən şəxsən ciddi izləyirəm. Hesab edirəm ki, yaxın zamanda Ermənistanda vətəndaş qarşıdurması baş verəcək. Bu zaman isə atəşkəsi poza bilərlər. Biz artıq Rusiya ilə danışıqlar aparmalıyıq. Ordumuz səfərbər olmalıdır ki, atəskəs pozulduğu halda torpaqları azad edək”.
Spiker Oqtay Əsədov millət vəkilinin təklifinə münasibət bildirib:
"Hər birinizi əmin edirəm ki, Azərbaycan Prezidenti, Ordusu istənilən provokasiyaya hazır vəziyyətdədir”.