28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Balakəndə III Xurma festivalı

26.10.2019

Bu gün Balakən rayonunda III Xurma festivalı keçirilir.
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC-nin, Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının, "Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdirilir. Həmçinin müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.
Festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edirlər.
Eyni zamanda, Gərəkli kəndinin ərazisində yerləşən xurma bağına ekskursiya olacaq, xurma ağacları əkiləcək.
Festivalın rəsmi açılış mərasimindən sonra qonaqlar və rayon sakinləri parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal edilən kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar.
III Xurma festivalı konsert proqramı ilə başa çatacaq.